Ramalinqom üçün əlamətdar qol

03.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub.

Futbolpress.az xəbər verir ki, onun yubileyi XIII tura təsadüf edib.

32 yaşlı fransalı hücumçu “Şamaxı” ilə səfər görüşündə fərqlənib. Ramalinqom “Səbail”də 15, “Sumqayıt”da 5 dəfə fərqlənib. O, 20-ci qoluna 47-ci matçında imza atıb.

Qeyd edək ki, Aleksandr turnirin tarixində ən azı 20 qol vuran 173-cü futbolçudur. O, qol sayında Bəxtiyar Soltanov, Ruslan Musayev, Şamil Əhmədov, Cəfər Əliyev, Məhəmməd Qurbanov, Julius Vobay və Leonid Kalfaya çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью