Ramanada maşını nömrəsiz sürüb “hoqqa” verən sürücü 77 EH 807 VİDEO

03.04.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yol hərəkəti qaydalarını pozan sürücünün videosu “TikTok” sosial şəbəkəsində paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 77-EH-807 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü maşını ön dövlət nişanı olmadan idarə edib. Eyni zamanda o, nəqliyyat vasitəsinin konstruksiyasına müdaxilə edib. Kadrdan da aydın göründüyü kimi, sürücü əks istiqamətli yola çıxıb və qarşı tərəfdən gələn maşının hərəkətinə çətinlik yaradıb.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью