Ramanada “Opel” aşdı, polis və vətəndaşlar dərhal köməyə gəldi VİDEO

29.05.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 27-də gecə saatlarında baş verib. Belə ki, hərəkətdə olan 50-EA-861 dövlət nömrə nişanlı “Opel” markalı maşın idarəetmədən çıxaraq qəzaya uğrayıb. Şahidlərin iddiasına əsasən, yol-nəqliyyat hadisəsinə səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub. Nəticədə sükanı buraxan sürücü maşını aşırıb. Hadisə yerinə DYP əməkdaşları və vətəndaşlar gəlib. Onlar aşan maşını yenidən əvvəlki vəziyyətinə qaytarıblar. Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb, avtomobilə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью