Ramanada sürücü əks yola çıxıb maşının üzərinə sürdü VİDEO

20.10.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində kobud qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qəsəbənin Savxoz adlanan ərazisində qeydə alınıb.

Kadrlardan görünür ki, “BMW” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə məhəl qoymadan əks istiqamətli hərəkət zolağı ilə irəliləyib. O, hər hansı avtomobili ötməyə çalışmadan birbaşa əks yolla hərəkətini davam etdirərək qarşıdan gələn avtomobil üçün qəza şəraiti yaradıb.

Xoşbəxtlikdən, görüntünü qeydə alan avtomobilin sürücüsü vaxtında reaksiya verərək “BMW” ilə toqquşmadan son anda yayına bilib.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228049.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью