Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. Adətən Ramazan boyu müsəlmanlar oruc tutmağa, pis əməllərdən uzaq durmağa, oruc tutmasa da
Beləliklə, mağazalarda, marketlərdə spirtli içkilərin satışı bir qədər zəifləyir.
Bu, həm də toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsi ilə bağlıdır.
Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərir.
Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir.
Bəzi istirahət və əyləncə mərkəzlərində isə ad günləri, yubileylər və digər əyləncəli tədbirlər iftardan sonraya salınır.
Bu da insanlar arasında daim müzakirə mövzusu olan bir sualı ortaya qoyur - Ramazanda toy etmək olarmı?
Bu məsələ ilə bağlı SİA- ya açıqlama verən "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev bildirib ki, "Ramazan ayında toy eləmək olar, bəli olar.