Ramazan ayı ərzində Türkiyənin Kocaeli şəhərində ehtiyacı olanlara bir milyondan çox pide veriləcək

04.03.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə "Hızır41 Mətbəxi"ndə Ramazan ayı ərzində 1 milyon 200 min pide bişirilməsi nəzərdə tutulub.

Oxu.Az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Qeyd olunur ki, pulsuz paylanılacaq pidelər Ramazan ayı ərzində ehtiyacı olan şəxslərə, həmçinin Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş ailələrə çatdırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью