Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Həkim terapevt Abbasova Məlahət bildirdi ki, Ramazan ayında insanın ac qalmasının orqanizmə xeyirləri var: "Yəqin ki aclıqla müalicə eşitmisiniz.
Ramazan bayramında da ac qalarkən bədənimizdə müəyyən proseslər gedir.
Belə ki, bədənimizdəki artıq, orqanizmə ziyan verən maddələr xaric olunur, orqanizm özünü təmizləyir.
Aclıq zamanı bədəndə baş verən reaksiyalarla köhnə hüceyrələr məhv olur və bədən hüceyrələri yenilənir.
Onu da qeyd edim ki, Ramazan ayında tutulan oruc bəzi iltihabi, şəkərli diabet xəstliklərinin profilaktikasi kimi müsbət təsir göstərir".
Orucluq ayında gün boyu enerjili qalmaq istəyirsənsə...News24.az bildirir ki, həkim terapevt deyir ki, enerji bitməsində insanın istəyindən çox nüans asıllıdır: "Ac qaldığımız müddətdə enerjinin daha çox düşməməsi üçün bəzi addımlar atmaq olar.
Bu müddətdə tez hazırlanan qida məhsullarından istifadə etmək yanlış olardı.