Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. 11 ayın sultanı olan Ramazan ayına artıq qədəm qoymuşuq.
Bu gün Ramazanın üçüncü günüdür. Bu ayda bir çox insan oruc tutur, ibadət edir, yoxsullara kömək edirlər.
Bəs gəlin görək Ramazan ayının digər spesfik xüsusiyyətləri hansılardır və biz nələrə diqqət etməliyik.
SİA olaraq məsələ ilə bağlı araşdırma apardıq. Milli Məclisin deputatı Ceyhun Məmmədov: “Bir neçə gündür ölkəmizdə Ramazan orucu tutulur.
Bu Azərbaycan bir ənənə halını alıb. Ramazan ayında oruc tutmaq İslam dinində vacib əməllərdən biridir.
Sağlamlığı və səhhəti yerində olan hər bir kəs bu ayda oruc tutmalıdır. Həmçinin Ramazan xeyir, bərəkət ayıdır.
Oruc tutmaqla yanaşı insanlar çalışmalıdırlar ki, kimsəsiz və imkansız insanlara dəstək olsunlar. Həmçinin bu ay nəfsin tərbiyəsi ayıdır.
Bu ayda hər bir şəxsin ruhu saflaşır və paklaşır. Ramazan bizə səbrli olmağı eyni zamanda insanlarla münasibətdə təmkinli olmağı öyrədir.