Ramazan ayının 30 cu gününün DUASI

29.03.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Ramazan ayının otuzuncu günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:00-da, iftar vaxtı saat 19:19-dur.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının otuzuncu gününün iftar duasını təqdim edir:

“Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”.

Tərcüməsi: “İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Muhəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun”.

Allah dualarınızı qəbul etsin!
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью