Ramazan bayramında 3 gün ardıcıl iş olmayacaq

11.12.2024

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gələn il Ramazan bayramı ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub.

Qərara görə, 2025-ci il martın 30 və 31-i Ramazan bayramı günləri müəyyən edilib.

Gələn il 30 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 1 aprel qeyri-iş günü olacaq.

Beləliklə, gələn il Ramazan bayramında ardıcıl 3 gün – 30 və 31 mart və 1 aprel qeyri-iş günləri olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью