Ramazan bayramında 3 gün ardıcıl iş olmayacaq

11.12.2024

Icma.az bildirir, News24 portalına istinadən.

Gələn il Ramazan bayramı ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.

News24.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2025-ci il martın 30 və 31-i Ramazan bayramı günləri müəyyən edilib.

Gələn il 30 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 1 aprel qeyri-iş günü olacaq.

Beləliklə, gələn il Ramazan bayramında ardıcıl 3 gün – 30 və 31 mart və 1 aprel qeyri-iş günləri olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью