Ramazan özümüzü mənəvi cəhətdən saflaşdırmaq üçün bir fürsətdir

01.03.2025

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"Bu gün Ramazan ayının ilk günüdür – mərhəmətin, bağışlanmanın və ruhi arınmanın başlanğıcı. Ramazan, sadəcə oruc tutmaq deyil, eyni zamanda özümüzü mənəvi cəhətdən saflaşdırmaq, xeyirxahlığı və şəfqəti daha da gücləndirmək üçün bir fürsətdir"
Newscenter.az xəbər verir ki, bu fikirləri Jalə Əhmədova səsləndirib. O deyib ki, bu müqəddəs ayda dualarımız səmaya yüksəlsin, qəlblərimiz sevgi və mərhəmətlə dolsun. Bir-birimizə qarşı daha anlayışlı, ehtiyacı olanlara qarşı daha səxavətli olaq:
"Unutmayaq ki, Ramazan paylaşmaqdır, bağışlamaqdır və qəlbləri bir araya gətirməkdir.
Allah ibadətlərimizi və dualarımızı qəbul etsin! Ramazanınız mübarək olsun"
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью