Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Ramazan ayı müsəlmanlar üçün son dərəcə əhəmiyyətli bir aydır.
Gündəlik həyatda normal sayılan toy, nişan, sünnət kimi fəaliyyətlərin Ramazan ayının ruhuna uyğun olub olmadığına diqqət yetirilir.Ramazanda toy, nişan, sünnət etmək olarmı?
İnsan Ramazan ayında oruc tutmaqla, İslamın beş şərtindən biri yerinə yetmiş olur.
Ramazan hamının bir-birinə qarşı daha həssas olduğu aydır. Ramazan ayının ruhuna uyğun davranmaq lazımdır.
Ramazan ayının əsas dini vəzifəsi olan orucun qarşısını almayacaq formada toy mərasiminin keçirilməsinin məqsədəuyğun olduğu düşünülür.
İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, br çox alimlər bu fikri ifadə edirlər: “İslamda evlilik həmişə gözəl və tərifəlayiq bir əməldir.
Bu səbəbdən evliliyin uyğun olmadığı gün göstərilmir. Evlənmək üçün Ramazan ayının sonunu gözləməyə ehtiyac yoxdur.
Bununla belə, hansı nikah mərasiminin və ya toyun arzulandığına qərar verilməlidir.