Ramazanda yeni trend: İmsakda xurma və süd içmək düzgündürmü?

03.03.2026

Icma.az bildirir, Medicina portalına istinadən.


Ramazan ayının gəlişi ilə imsak menyuları yenidən əsas mövzuya çevrilib. Xüsusilə xurma və süd son zamanlar ən çox müzakirə olunan mövzulardan biridir.



Medicina.az təqdim edir:


İmsakda xurma ilə süd qarışımı içmək olar və çox insan bunu edir.

Faydaları:

Xurma – enerji verir, qan şəkərini yavaş-yavaş qaldırır, gün boyu halsızlığın qarşısını alır.

Süd – zülal və kalsium mənbəyidir, toxluq hissini uzadır.

Birlikdə qəbul ediləndə:

Enerji verir

Mədəni yormur

Susuzluğu bir qədər azaldır

Diqqət:

Süd sizə köp və ya narahatlıq verirsə, miqdarı az edin.

Çox şirin etməyin (əlavə şəkər qatmayın).

Yanında mütləq su da için.

Əgər mədə problemi, şəkər problemi və ya süd həssaslığı varsa həkimlə məsləhətləşin.

Aygün

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью