Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Şaban ayının artıq son 2 günü qalıb.
Qarşıdan mübarək Ramazan ayı gəlir və Ramazan ayından əvvəl oruc tutmağın savab olması haqqında dini mətnlərdə məlumatlar, hədislər var.
İslamda buna nafilə (könüllü) oruclar, necə ki, nafilə namazlar olduğu kimi şərh verilir.
Nafilə orucların fəziləti haqqında bir çox hədis var. Xüsusilə Şaban ayının orucu haqqında Peyğəmbərimiz (s) buyurub: "Bu ay (Şaban) insanla
O, Rəcəb və Ramazan arasında yer alır. Bu ayda əməllər Rəbbə təqdim olunur.
Mən istəyirəm ki, əməllərim oruclu ikən təqdim olunsun." (Nəsai, 2357)".Bu sözləri Demokrat.az-a açıqlamasınsa ilahiyyatçı Əkrəm Həsənov deyib."Bu hədisdən göründüyü kimi, Ramazandan əvvəl, xüsusən Şaban ayında oruc tutmaq tövsiyə olunub.
Bundan əlavə, İslam alimləri Ramazan ayına hazırlıq kimi Şaban ayında daha çox oruc tutmağın ruhən və cismən faydalı olduğunu bildirirlər.
Lakin Ramazandan bir-iki gün əvvəl xüsusi olaraq oruc tutmaq (yalnız Ramazanı qarşılamaq üçün) məqbul sayılmır.