Icma.az, News24 saytına istinadən bildirir. Xəbər verdiyimiz kimi, Ramazan ayının ilk günü martın 1-də başlayacaq.
Ramazan yaxınlaşdıqca insanlarda müəyyən suallar yarandığı kimi, müəyyən fikirlər də yayılır.
Bu yaxın günlərdə sosial şəbəkələrdə yayılan fikirlərdən biri belədir ki, əgər insan Ramazana yaxın xəstlənərsə, günahları bağışlanır.
Bəs, bu fikir dində öz əksini necə tapıb?Mövzu ilə bağlı News24.az-ın sualını cavablandıran ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, dünyanın dörd bir tərəfində yaşayan bütün insanların taleyini, qədərini Allah yazır.
İnsanlara hər iradəni Rəbbimiz nəsib edir, ruzini Allah verir.Ağa HacıbəyliOnun sözlərinə görə, xəstəliklər, müsibətlər, bəlalar, çətinliklər insanın önündəki imtahanlardır."Allah bizi həyatımızın son anına, son nəfəsimizə qədər sınayır, imtahana çəkir, test edir.
Xəstəlik bizə Ramazan ayının içində, bəzən Qədr gecəsində, bayram günündə və ya Həcc ziyarətində də gələ bilir.
Yəni, əcəlin, bir müsibətin gəlməyinin vaxtı, zamanı yoxdur.
Qaldı ki, məsələnin ikinci tərəfinə - Ramazan ayından öncə bir insanın xəstəliyə tutulmasına, Qurani-Kərimdə bir yerdə Rəbbimiz buyurur ki, səbr edən şəxslərə müjdə ver!