Ramid Namazov: Avropa İttifaqının missiyası sülhə mane olur

24.04.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bölgədə sülhə mane olan məsələlərdən biri də Avropa İttifaqının (Aİ) missiyasıdır".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov ictimai müzakirə zamanı deyib.

O qeyd edib ki, rəhbəri olduğu komissiya sözügedən missiya barədə araşdırma aparıb.

"Araşdırmada Azərbaycan-Aİ münasibətləri, sərhədlərin toxunulmazlığı, missiyanın Ermənistandakı fəaliyyəti və s. məsələlər əksini tapıb. Eyni zamanda, sənəddə regionda münaqişəni alovlandırmaq məsələləri qeyd olunub".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью