Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək

17.09.2026

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynanın "Xarkov" klubunda çıxış edən Ramik Hacıyev vaxtilə Azərbaycan millisindən gələn dəvəti niyə qəbul etmədiyini açıqlayıb.

Oxu.Az "UA-Football"a istinadən xəbər verir ki, o, U-19 komandasında oynadığı zamanlarda Azərbaycan millisindən dəvət aldığını bildirib.

"U-19 komandasında oynadığım vaxt Azərbaycan millisindən dəvət almışdım. Lakin bundan imtina etdim. Çünki düşünürdüm ki, Ukrayna millisi Azərbaycan millisindən daha güclü və daha nüfuzludur. Mən burada hər şeyi bəyənirəm. U-19 komandasının üzvü idim və heç nəyi dəyişmək istəmirdim. Ukrayna mənim ikinci evimdir. Bu ölkəni çox sevirəm və bütün ukraynalılara hörmət edirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, Ramik Hacıyev bir neçə il əvvəl Azərbaycan millisində oynamaq üçün təklif aldığını və bu təklifə imtina etdiyini açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью