Ramil Cəfərova yüksək vəzifə verildi FOTO

26.11.2024

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin aparatında yeni təyinat baş tutub.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektoruna yeni müdir təyin edilib.

Sözügedən vəzifəyə Ramil Cəfərov gətirilib. 1986-cı il təvəllüdlü dövlət qulluqçusunun ixtisası beynəlxalq iqtisadi münasibətlər, Regional idarəetmədir.

Qeyd edək ki, əvvəllər bu vəzifəni tutan Kənan Axundov bir neçə gün əvvəl Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью