Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Davosda keçirilən Dünya İqtisadi Forumunun (DİF) 55-ci iclasının gündəliyində iqlim dəyişikliyi, enerji keçidi və karbon ticarəti əsas müzakirə mövzularındandır.
Azərbaycan nümayəndələri də "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında ölkəmizin uğurlu enerji transformasiyasından danışıb, enerji keçidinin maliyyələşdirilməsi barədə fikir mübadiləsi ediblər.
Reyting.az-ın məlumatına görə, “Karbon qiymətlərini necə effektiv etmək olar?” mövzusunda keçirilən müzakirələri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə dövlətlərlə yanaşı, özəl sektorun da rolunun artırılması zəruridir.
Ramil Hüseyn deyib ki, Davos zirvəsində hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin, həmçinin qlobal biznesdə əsas paya sahib olan şirkət rəhbərlərinin iştirakı birgə fəaliyyət üçün əlverişli fürsətdir.
R. Hüseyn əlavə edib ki, ötən il Bakıda təşkil olunan COP29-un ilk günündə karbon kreditlərinin yaradılması standartları üzrə əldə edilən ko
Bu baxımdan karbon ticarətinin də iqlim dəyişikliyi ilə mübarizəyə xidmət edəcəyi gözlənilir.
Hesablamalara görə, bu bazarın uğurla fəaliyyət göstərməsi ildə 5 milyard ton karbon emissiyasının azalmasına töhfə verə bilər.