Ramil Mənsimov Monteneqroda saxlanılıb

04.03.2026

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq axtarışda olan Mənsimov Ramil Yaqub oğlu Monteneqrodan Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a bildirllib ki, Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

R.Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların Azərbaycana gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью