Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əməkdar artist, opera müğənnisi Ramil Qasımovun qeyri-adi bacarığı olduğu üzə çıxıb.
Axşam.az xəbər verir ki, sənətçi “Xəzər axşamı” verilişində quru çaydan istifadə edərək əsərlər yaratdığını bildirib. Onun Azərbaycanın dahi şəxsiyyətlərinin portretlərini əks etdirən əsərləri proqramda nümayiş olunub. Sənətçi utandığı üçün bu barədə indiyədək danışmadığını bildirib:
“Bu, mənim üçün çətin bir şey deyil. Mənim bu cür 60 əsərim var. Abstrakt işlərim də var. Müasir Bakı və Neft Daşlarını təsvir etmişəm. Bir əsəri ərsəyə gətirmək mənim əhvalımdan asılıdır. Nəsiminin rəsmini bir gecəyə çəkmişəm”.