Ramil Şeydayev bu klubla danışıq aparır

29.06.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Ramil Şeydayev bu klubla danışıq aparır

"Qarabağ"dan ayrılan Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə “Sport-Express” nəşri məlumat yayıb.

30 yaşlı hücumçu ilə Mahaçqala “Dinamo”sunun maraqlandığı bildirilir. Rusiya klubunun hazırda azad agent olan futbolçu ilə danışıq apardığı qeyd olunub.

Ötən mövsüm “Qarabağ”ın heyətində 11 oyuna 2 qol vuran Şeydayev Rusiyanın “Zenit” klubunun yetirməsidir. O, daha əvvəl Rusiyada “Rubin”, “Krılya Sovetov” və Moskva “Dinamo”sunun, Türkiyədə "Trabzonspor", Slovakiyada "Jilina", Tailandda isə "Burrima Yunayted"in üzvü olub. Azərbaycanda isə "Qarabağ"dan başqa, “Sabah” və “Neftçi”də də çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью