Ramil Şeydayev “Dinamo”da! gəldiyi yerə dönür

27.06.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Qarabağ”ın heyətində son mövsümdə özünü göstərə bilməyən Ramil Şeydayev karyerasını “Dinamo”da davam etdirməyə yaxındı. “Football-plus.az” “Sport-Ekspress”ə istinadla xəbər verir ki, son mövsümdə Rusiya çempionatının elitasında yerini yalnız keçid oyunlarında qalib gəlməklə qoruyan Mahaçqala klubu 30 yaşlı azərbaycanlı hücumçuya ciddi maraq göstərir. Xatırladaq ki, Ramilin “transfermarkt” dəyəri 600 min avrodu.
Hazırda azad agent olan Şeydayev “Zenit”in yetirməsidi. O, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Krılya Sovetov”, “Dinamo” (M), “Sabah”, “Neftçi”, “Buriram” və “Kocalelispor”un da formasını geyib, Azərbaycan yığmasında keçirdiyi 69 oyunda 10 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью