Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Neftçi"nin perspektiv heyətində yer almayan Ramil Şeydayev komandadan ayrılmaq istəmir.
Oxu.Az xəbər verir ki, "Neftçi" rəhbərliyi millimizin sabiq üzvünü klubdan göndərmək istəsə də, təcrübəli forvard növbəti mövsüm də "ağ-qaralar"da qalacaq.
Baş məşqçi Samir Abasov da oyunçu ilə görüşüb, futbolçudan ayrılmaq istəyib-istəmədiyini soruşub.
Şeydayev isə klubda qalmaq istədiyini bildirib. Bunun ardından hücumçunun komandadakı gələcəyi ilə bağlı söz-söhbət başa çatıb..
Qeyd edək ki, 29 yaşlı hücumçu ötən mövsüm "Neftçi" forması ilə 27 matçda 4 qol vurub.