Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Rusiyanın “Soçi” futbol komandasında çıxış edən Azərbaycan millisinin hücumçu Ramil Şeydayev növbəti oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, “Soçi” Rusiya Birinci Liqasının 13-cü turunda doğma meydanda “Ufa”nı 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb. Meydan sahiblərinin qələbə qolunu 59-cu dəqiqədə Zaxar Fyodorov vurub.
Ramil Şeydayev matça ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı hücumçu 76-cı dəqiqədə Mixail İqnatovu əvəz edərək meydana daxil olub.
Bu qələbədən sonra “Soçi” xallarının sayını 26-ya çatdırıb. “Ufa” isə 18 xalda qalıb.