Ramil Şeydayev “Qarabağ”dan gedir

18.01.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Cari mövsümün əvvəlində “Neftçi”dən “Qarabağ”a keçən Ramil Şeydayev bu qış fasiləsində yenidən komandasını dəyişə bilər.

“Qafqazinfo” “Sportinfo.az”a istinadən xəbər verir ki, adıçəkilən hücumçunun “Zirə”yə icarəyə göndərilməsi gündəmdədir.

Belə ki, Rəşad Sadıqov onu 6 aylıq icarəyə götürmək niyyətindədir.

“Zirə” onun mövsüm ərzində üçüncü komandası olsa belə, hüquqi cəhətdən qeydiyyata alınmasında heç bir problem yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью