Ramil Şeydayev Rusiya klubunda

23.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin karyerasını harada davam etdirəcəyi dəqiqləşib.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı forvard Rusiya Birinci Liqasında mübarizə aparan “Soçi” ilə anlaşıb. Bu barədə “ağ-göylər”in mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atıblar. Təcrübəli hücumçu yeni klubunda “7” nömrəli formanı geyinəcək.

Ramil Şeydayev bundan əvvəl “Qarabağ”, “Zenit”, “Jilina”, “Neftçi”, “Kocaelispor”, “Buriram Yunayted” kimi komandalarda çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью