Ramil Şeydayev Türkiyə klubuna KEÇƏ BİLƏR

03.09.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Neftçi”nin yollarını ayırmaq istədiyi Ramil Şeydayevin xidmətində Türkiyə klubu maraqlıdır.
Bizim.Media xəbər verir ki, azərbaycanlı hücumçu “Serikspor”un maraq dairəsindədir.
Hətta Türkiyə 1-ci liqasında yarışan klubun baş məşqçisi Sergey Yuranın Şeydayevin keçidinə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, 29 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, əsas komandadan uzaqlaşdırılıb və hazırda fərdi qaydada məşq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью