Ramil Usubov kürəkəninin dəfninə niyə qatılmayıb? KONKRET

07.10.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubovun vəfat edən kürəkəni Kamran Xankişiyev torpağa tapşırılıb.

KONKRET.az xəbər verir  ki, Gununsesi.info-nun xəbərinə görə, mərhum Novxanı kənd məzarlığında dəfn edilib.

Dəfn mərasimində daxili işlər naziri Vilayət Eyvazov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev və bir sıra yüksək vəzifəli şəxslər qatılıb.

Ramil Usubovun özü isə Almaniyada müalicədə olduğundan mərasimə qatıla bilməyib.

Məlumata görə, Kamran Xankişeyin 3-7 mərasimi 8 oktyabr tarixində Təzəpir məscidində təşkil olunacaq.

Allah rəhmət eləsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью