Ramil Usubov MDB TŞ katiblərinin görüşündə iştirak edir

09.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edir.

Bakıvaxtı.az xəbər verir ki, görüş birgə fotosessiya ilə başlayıb.

Daha sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoqu Rusiya Prezidenti Vladimir Putinin iştirakçılara müraciətini oxuyub.

Rusiya prezidenti müraciətində mürəkkəb geosiyasi vəziyyət və dünyanın bir sıra bölgələrində münaqişələrin kəskinləşməsi kontekstində MDB-də təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Putin MDB dövlətlərinin təhlükəsizliyini və suverenliyini gücləndirmək üçün bu strukturların əhəmiyyətli analitik və proqnostik potensialından tam istifadə etmək lazım olduğunu qeyd edib.

Tədbirdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da iştirak edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью