Ramil Usubovun ailəsində xoş gün

24.12.2024

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın sabiq daxili işlər naziri, Prezidentin Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun ailəsində toy məclisi olub.

Gununsesi.info-nun xəbərinə görə, Usubovun qız nəvəsi ailə həyatı qurub.

Bildirilir ki, Ramil Usubovun nəvəsi  əslən Gəncə şəhərindən olan məşhur keçmiş prokurluq işçisi  Ələddin Sultanovun ailəsinə gəlin köçüb. Belə ki, Ələddin Sultanovun oğlu Elçin Sultanovun övladı ilə Usubovun nəvəsi nigaha daxil olub.

Bakının məşhur saraylarının birində keçirilən toy mərasiminə dövlət və hökumət nümayəndələri də qatılıb.

Allah xoşbəxt eləsin!

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью