futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Soçi” Rusiya Kubokunun 2-ci mərhələsində səfər matçına çıxıb.
Futbolpress.az xəbər verir ki, Sankt-Peterburq “Dinamo”sunun qonağı olan soçililər 0:2 hesabı ilə məğlub olaraq turnirlə erkən vidalaşıblar.
Dinamo (Sankt-Peterburq) – Soçi 2:0
Qollar: M. Polkovnikov 35, A. Masalov, 58
Ramil Şeydayev mübarizəyə ehtiyat oyunçular skamyasında başlayıb və yalnız 80-ci dəqiqədə şans qazanaraq meydana daxil olub.