Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Birinci Liqasında VIII turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Soçi” səfərdə KAMAZ kollektivinin qonağı olub. Qol duelinə səhnə olan görüş soçililərin 3:2 hesablı əzmkar qalibiyyəti ilə yekunlaşıb.
24 avqust
KAMAZ — “Soçi” 2:3
Qollar: V.Semyonov, 22, R.Tkaçuk, 33; O.Kojemyakin, 4, M.İqnatov, 78, Z.Fedorov, 90+1
Start heyətində yer almayan Ramil Şeydayev qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayıb və 67-ci dəqiqədə meydana daxil olub.
Bu uğurlu nəticədən sonra xallarının sayını 16-ya çatdıran “Soçi” turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.