Ramin Ağayevin nəşi ailəsinə təhvil verilib AzPolitika onlayn siyasiictimai qəzet

29.12.2024

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AZAL-a məxsus təyyarənin Rusiya ərazində vurulması və bundan sonra Qazaxıstanın Aktau limanında qəzaya uğraması nəticəsində həlak olan 1996-cı il təvəllüdlü Ramin Ağayevin nəşi Sumqayıt şəhərinə gətirilib.

"Report"un yerli bürosunun məlumatına görə, qəzada həlak olan R.Ağayevin nəşi ailəsinə təhvil verilib.

Hazırda onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью