Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tanınmış jurnalist Ramin Cəbrayılzadə (Ramin Deko) ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanılıb.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb.
Əlavə məlumat veriləcək.