Ramin Məmmədov Berlindəki “Şəhidlik” məscidində olub FOTOLAR

26.06.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən “Şəhidlik” məscidini ziyarət edib. SİA xəbər verir ki, nümayəndə heyətinə məscidin tarixi, memarlıq xüsusiyyətləri, dini və sosial fəaliyyətləri barədə məlumat verilib.

Bildirilib ki, Osmanlı memarlıq üslubunda inşa olunmuş məscid Almaniyadakı müsəlman icmaları arasında əhəmiyyətli mərkəzlərdən biri hesab olunur. Məscid dini ibadətgah yeri olmaqla yanaşı, təhsil, informasiya və mədəni tədbirlərin keçirildiyi məkan kimi də tanınır.

Ziyarət zamanı nümayəndə heyəti məscidin rəhbərliyi ilə də görüşüb. Dinlər və mədəniyyətlərarası dialoqun önəmi, tolerantlığın təşviqi və əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью