Icma.az, Report.az saytına istinadən bildirir. Din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılmasının mühüm məqamlardan biridir.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Siyəzən şəhəri “Cümə” və Siyəzən rayonunun Sədan və Yenikənd kənd məscidlərini ziyarət zamanı din xadimləri ilə söhbətində deyib.
Onun sözlərinə görə, ölkədə toleranlıq mühitinin qorunub-saxlanması, müxtəlif dinlərə mənsub vətəndaşların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə şəraitin yaradılması Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasi kursun nəticəsidir.
R. Məmmədov vurğulayıb ki, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən fərqli dinlərə aid mənəv
Azərbaycanda birgəyaşayış ənənəsinin təşviqi, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi dövlət-din münasibətləri sahəsindəki siyasət
Görüşlər zamanı Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yad dini ideologiyaların yayılmasının qarşısının alınmasının vacibliyinə də tox
O qeyd edib ki, dinin ayrı-ayrı qrupların maraqlarının ideoloji interpretasiyası kimi təqdim edilməsi fəsadlar doğura bilər.
Bu cəhdlərin qarşısını almaq üçün ən effektiv üsullardan birinin dini maarifləndirmə olduğunu qeyd edən Dini Komitənin sədri din xadimlərinin üzərinə milli-mənəvi dəyərləri düzgün təbliğ etmək kimi məsuliyyətli vəzifənin düşdüyünü vurğulayıb.