Ramin Məmmədov Gürcüstanın yeni səfiri ilə görüşüb

11.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 11-də Gürcüstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvili ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi dostluq, qarşılıqlı etimad və ortaq dəyərlər əsasında inkişaf etdiyi vurğulanıb. Tərəflər, həmçinin dini sahədə əməkdaşlığın genişləndirilməsi və mövcud əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Ramin Məmmədov Azərbaycanın dini müxtəlifliyi, dövlət-din münasibətləri və bu istiqamətdə həyata keçirilən siyasət barədə məlumat verib. Ölkəmizdə tarixən formalaşmış tolerantlıq mühitinin qorunduğunu, dinlərarası harmoniyanın və birgəyaşayış ənənələrinin təşviq edildiyini bildirib. Komitə sədri gürcü-pravoslav dini icmalarının da Azərbaycanda sərbəst fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradıldığını və onların dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Qiorqi Zakaraşvili Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. O, ölkəmizin tolerantlıq təcrübəsinin öyrənilməsinin və təşviqinin vacibliyini vurğulayaraq, dini icmaların fəaliyyəti üçün yaradılmış şəraiti yüksək qiymətləndirib.

Görüşdə dini təhsil sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью