Ramin Məmmədov Kəlbəcər və Laçından olan vətəndaşları qəbul edəcək

29.07.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə XQ-yə Komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul avqustun 3-ü saat 11:00-da Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, [email protected], [email protected]) müraciət etmələri xahiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью