Ramin Məmmədov Sumqayıtda vətəndaşları qəbul edəcək

25.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 26-da Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, sədr Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşlarla saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində görüşəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (əlaqə vasitələri: (018) 654 00 40, (070) 275 88 33, [email protected], [email protected]) müraciət etmələridirlər.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью