Icma.az, Azvision portalına istinadən məlumat yayır.
Azvision.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, məscid, ziyarətgah, türbə və digər tarixi məkanlar həm mədəni irs nümunəsi, həm də insanların dini və ictimai həyatının bir hissəsidir. Bu baxımdan tarixi-dini abidənin bərpa prosesi son deyil, yeni mərhələnin başlanğıcıdır.
R.Məmmədov qeyd edib ki, bu mərhələdə aidiyyəti dövlət qurumlarının, mütəxəssislərin və dini icmaların əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var. Onun sözlərinə görə, ictimaiyyətin dəstəyi də xüsusi əhəmiyyət daşıyır.
Komitə sədri bildirib ki, tarixi-dini memarlıq nümunələrinin vahid məlumat bazasının və rəqəmsal xəritəsinin formalaşdırılması birgə fəaliyyətin başlanğıc nöqtələrindən biri ola bilər.
S.Həsənova
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Onun sözlərinə görə, məscid, ziyarətgah, türbə və digər tarixi məkanlar həm mədəni irs nümunəsi, həm də insanların dini və ictimai həyatının bir hissəsidir. Bu baxımdan tarixi-dini abidənin bərpa prosesi son deyil, yeni mərhələnin başlanğıcıdır.