Ramiz Mehdiyev ən böyük zərbəni məhz AMİP ə vurub

21.10.2025

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Siyasi müaxlifət deyil, məmur müxalifəti başaqğrısı olaraq qalmaqdadır. Çünki lümpenləşmiş siyasi müxalifətdən fərqli olaraq bu təbəqinin əlində geniş maliyyə, siyasi, iqtisadi təsir imkanları var və xarici qüclərlə də sıx əlalərə malikdirlər. Mən ümumiyyətlə hazırda siyasi müxalifət düşərgəsində prezident İ.Əliyevə nə rəqib, nə də onun hakimiyyətinə qarşı çıxa biləcək lider və siyasi güc görmürəm. Mehdiyevin AMİP yubley tədbirinə gəlincə isə bu siyasi etiket qaydalarıdır və Aparat Rəhbəri də ora öz şəxsi istəyi və təşəbbüsü ilə gəlməmişdi. Partiyanın 5 illik yubileyində PA-nın keçmiş sədri mərhum president H.Əliyevin təbrik məktubunu gətirmişdi və həmin təntənəli tədbirdə də bu məktubu oxudu. AMİP Azərbaycanda ilk yaranan partiya kimi sədr E.Məmmədovun rəhbərliyi və şəxsi nüfuzu hesabına ölkənin uzun müddət ən güclü və qüdrətli müxalif partiyası idi. Sözü gedən yubiley tədbirinəd də dövlət hakimiyyət orqanalarından, parlamentdən, dipkorpusdan, mədəniyyət və icsəsnt, elm və digər sahələrin tanınmış nümayəndələri, ziyalılar, bir sözlə cəmiyyətin bütün sayılıb seçlən, tanınmışları iştirak etmişdi. Həmin vaxtlar Dözlət Neft Şirkətini vitse-prezidenti və millət vəkili olan Prezident İ.Əliyev də yubley tədbirinə təşrif buyurmuşdu. R.Mehdiyev ən böyük zərbəni məhz AMİP-ə vurub. Qəribəsi ondan ibarət idi ki, onun çətiri altında olan bəzi müxalifət partiyaları mübarizəni iqtidarla deyil, AMİP-ə qarşı aparırdı . Patyiya çarpaz atəş altında siyasi mübarizəni iqtidarın və Ramiz Mehdiyevin bəslədiyi, yön verdiyi siyasi müxalifətə qarşı davam etdirmək məcburiyyətində qalmışdı. Əgər həmin dövrün mətbuatını vərəqləsniz mənəzrəni aydın şəkildə görə bilərsiniz. Boz Kardinal ölkədə sağlam və güclü müxalifətin olmasını qəti şəkildə rədd edirdi. Həmçinin o çalışırdı ki iqtidarla müxalifət arasında daimi gərginlik, qarşıdurma və düşmən münasibətlər olsun. Buna da etiraf edək ki, nail olmuşdu. Vəiyyəti o həddə çatdırmışdı ki, hər iki düşərgə bir birlərini inkar edir, rəqib, opponent kimi deyil düşmən və nifrətin, qəzəbin ünvanı kimi baxırdı. Medhiyevçilik və Mehdiyev ənənələri artıq aradan qaldırılmaqdadır. Ancaq təəssüflə deyim ki, bu proses də ləng gedir və köhnə streotipləri tamamilə dağıtmaq hələ də mümkün olmayıb. Düşünürəm ki, R.Mehdiyevin işi ilə bağlı bir çox mətləblərə və məsələlərə aydınlıq gətiriləcək. İndidən hay həşir salanların, Boz Kardinala qarşı total hücumlar edənlərin bir çoxunun məhz tam ifşa olunacaqlarınadan, əsil simalarının üzə çıxacağından doğan isterikadır.
Əli Orucov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью