Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, sabiq PA rəhbəri ev dustaqlığını məşhur "Avropa" hotelinin yanında, paytaxtın Həsən Əliyev küçəsi, 15-ci keçid ünvanındakı villasında çəkir.
Qeyd edək ki, R.Mehdiyev həmin ünvanda Təhlükəsizlik Şurasının katibi, sabiq daxili işlər naziri general-polkovnik Ramil Usubovla qonşudur.
Seymur Əli