Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qoy bu dövləti cinayətkarın adı xalqımızın və dövlətimizin tarixindən silinməklə sonuclanan bu rəzil sonluğu, bundan sonra da Azərbaycana xəyanət etmək ağlından keçən hər bir kiçik və ya yüksək vəzifəli dövlət məmuru üçün acı bir ibrət dərsi olsun..."
Xəbər verildiyi kimi, şərti olaraq ev dustağı kimi 14 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq PA və AMEA rəhbəri Ramiz Mehdiyevin adına nəşr olunmuş əsərlərin orta və ali məktəb dərsliklərində, sillabuslarında və tövsiyə olunan ədəbiyyat siyahılarında istifadəsinə yenidən baxılır, onun ideyalarına və kitablarına edilən istinadların elmi ekspertizası aparılır və bu sitatların tədris materiallarından çıxarılması nəzərdə tutulur...
Bu da o deməkdir ki, yarım əsr "boz kardinal" postunda oturub elmi də, təhsili də öz "fəlsəfəsi" ilə zəhərləyən bu qocanın cızma-qaralarını dərsliklərdən təmizləmək üçün dövlət indi neçə illər boyu bəlkə də milyonlarla manat xərc çəkməli və büdcəni "akademik dezinfeksiya" işlərinə xərcləməli olacağıq (hələ bundan sonra onun gördüyü digər ziyanverici işlərin zərərlərini də ödəməli olacağıq)...
Başqa sözlə, üst-üstə 50 ilə yaxın müxtəlif yüksək vəzifələr tutmuş və indi lüks malikanəsində məhkumluq həyatı yaşayan Ramiz Mehdiyev, hətta o 14 illik qızıl qəfəsində oturub çayını qurtumlaya-qurtumlaya da Azərbaycana qiyabi zərər vurmaqda və dövlətin cibinə girməkdə davam edəcək...
P.S. Amma yaxşısı odur ki, yarım əsr Rusiya imperiyasına xidmət edib xalqa xəyanət edən, bizə milyardlarla zərər vurub günahsız insanları dustaq edən bu dövləti cinayətkar indi şərti də olsa villasında məhkumluq çəkir və adı tarixdən silinir. Qoy Ramiz Mehdiyevin bu rəzil sonluğu, bundan sonra da Azərbaycana xəyanət etmək ağlından keçən hər bir kiçik və ya yüksək vəzifəli məmur üçün acı bir ibrət dərsi olsun...
Sultan Laçın