Ramiz Mehdiyev hələ də Təhlükəsizlik Şurasının üzvüdür

16.10.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Barəsində Səbail Rayon Məhkəməsinin 14 oktyabr tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvü olaraq qalır.

“AzPolitika” xəbər verir ki, onun adı qurumun rəsmi saytında yerləşdrilmiş Təhlükəsizlik Şurasının üzvləri sırasında göstərilir.

O, Prezident İlham Əliyevin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Şura tərkibinə daxil edilib.

Qeyd edək ki, Mehdiyev Şuranın yeganə üzvüdür ki, hazırda heç bir dövlət qurumuna rəhbərlik etmir, onun adı fərdi qaydada əlavə olunub. R.Mehdiyevin sözügedən qurumdan kənarlaşdırılması ölkə başçısının səlahiyyətindədir.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью