Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Məlum olduğu kimi, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb və ona qarşı çox ciddi ittihamlar irəli sürülüb. Bu ittihamlar sırasında dövlət çevrilişinə cəhd, dövlətə xəyanət, hakimiyyətin zorakı yolla ələ keçirilməsi və küllü miqdarda vəsaitin mənimsənilməsi kimi ağır maddələr yer alır”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib.
O bildirib ki, bu kimi cinayətlər, təbii ki, təkbaşına törədilə biləcək əməllər deyil:
“Belə hüquqa zidd fəaliyyətlər, adətən, təşkilatlanmış bir komanda tərəfindən və ciddi əlaqələndirmə ilə həyata keçirilir. Əsas məqsədimiz ondan ibarətdir ki, bu prosesin sonunda dövlətə qarşı yönəlmiş istənilən pozucu fəaliyyətin qarşısı tam alınsın, kimliyindən və keçmiş vəzifəsindən asılı olmayaraq bütün məsul şəxslər qanun qarşısında cavab versinlər. Bu, gələcəkdə analoji cəhdlərin qarşısını almaq və dövlətçilik ənənələrini qorumaq baxımından son dərəcə vacibdir. Artıq bu istiqamətdə növbəti mərhələyə keçilib. Ramiz Mehdiyev işi ilə bağlı bir sıra şəxslər o cümlədən bəzi siyasətçilər – istintaqa cəlb olunublar. Bu siyahıda Əli Kərimli, Gültəkin Hacıbəyli və Milli Şura ilə bağlı olan digər şəxslərin adları hallanır. Onlara qarşı konkret hüquqi iddialar irəli sürülüb və həbs olunanlar da var”.
Deputat diqqətə çatdırıb ki, bu ittihamların mahiyyəti kifayət qədər ciddidir:
“Qeyri-konstitusion yolla hakimiyyəti ələ keçirməyə cəhd, xarici dövlətlərin maraqlarına xidmət etmək və bu məqsədlə maliyyə və ya siyasi dəstək almaq – bunların hamısı Azərbaycan qanunvericiliyinə görə dövlətə xəyanət və ağır cinayət hesab olunur. Hər kəs anlamalıdır ki, dövlətin və millətin maraqları hər bir fərdi maraqdan üstün tutulmalıdır. Xarici qüvvələrin dəstəyi ilə ölkədə çevrilişə cəhd göstərmək, uzunmüddətli nəticələri olan təhlükəli və utancverici bir hərəkətdir. Bu baxımdan, aparılan istintaqın obyektiv və şəffaf şəkildə həyata keçiriləcəyinə əminlik ifadə edirəm. Dövlət Təhlükəsizliyi Xidməti və müvafiq hüquq-mühafizə orqanlarının peşəkarlığına güvənimiz tamdır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib.