Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, sonuncu məhkəmə iclasında Ramiz Mehdiyev prosesə də onlayn qaydada qatılıb. O, məhkəmə iclasını divanda uzanmış vəziyyətdə izləyib.
Məhkəmə prosesində təqsirləndirilən şəxsin bu cür iştirakı diqqət çəkir. Sanki söhbət onun taleyinə təsir edə biləcək ciddi məhkəmə araşdırmasından deyil, televiziyada nümayiş olunan filmə baxmaqdan gedir.
Bir vaxtlar ölkənin siyasi hakimiyyətində mühüm vəzifə tutmuş Ramiz Mehdiyevin məhkəmə prosesinə bu formada qatılması istər-istəməz sual doğurur: bu, məhkəməyə münasibətin göstəricisidir, yoxsa sadəcə iştirak şəraiti ilə bağlıdır?