Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin personası ətrafında başlayan müzakirələr səngimək bilmir.
Mehdiyevin həbsindən sonra vaxtilə onunla təmasda olmuş bir xeyli adamın dilindən "qıfıl" götürüldü.
Yaranmış münbit şərait nəticəsində PA-nın keçmiş rəhbərinin fəaliyyəti ilə bağlı "sirr pərdəsi" tamamilə ortadan qalxdı.Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən bəzi adamlar son günlər verdikləri açıqlamalarla Ramiz Mehdiyevin qaranlıq əməllərinə yetərincə işıq tuta bilirlər.
Bu sıraya Milli Məclisin indiki və keçmiş deputatları, sabiq məmurlar, partiya sədrləri, aparıcı siyasi xadimlər daxildir.
Açıqlanan faktlar 24 il Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin siyasi portretini çizməyə önəmli töhfə verir.
Metbuat.az bu mövzuda yetərincə maraqlı məlumat əldə edib. Vaxtilə Prezident Administrasiyasında çalışmış şəxslərdən biri saytımıza deyib ki
Bu gərginliyə dözə bilməyən bir çox əməkdaş müxtəlif xəstəliklərə tutulub, ya da könüllü şəkildə işdən çıxıb.