Ramiz Mehdiyevə bağlı şirkətin vergi borcu üzə çıxdı

17.04.2025

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyevanın da təsisçisi olduğu "Fireland Vineyards" MMC-nin vergi borcu yaranıb.

Şirkətin hazırda 23 545,14 manatdır.

"Fireland Vineyards" şirkəti bir neçə il əvvəl də böyük məbləğdə vergi borcu ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda iddia edilirdi ki, şirkətin 451 128, 51 manat vergi borcu var. Qalina Mehdiyeva ilə şirkətin qanuni təmsilisi Elmar Səidov arasındakı məhkəmə çəkişməsindən sonra borcun əhəmiyyətli hissəsi ödənilmişdi.

"Fireland Vineyards" şərab istehsalı ilə məşğul olan şirkətdir. (Qaynarinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью